Müslüm!
Bu, mənə gülməli gəldi, birincisi ona görə ki, biz artıq tanış idik. İkincisi, artıq onu tanıyırdılar, sadəcə olaraq tanımırdılar, təzim edirdilər, salamlaşırdılar və buna çox sevinirdilər…”, -deyərək, -Tamara xanım xatirələrini bölüşür.
1973-cü ilin yanvar ayının ortalarında Sinyavskayanın Milana təcrübə keçməyə getməsindən sonra Müslümün telefon zəngləri ara vermək bilmir və o, mütəmadi olaraq Tamara xanımla rabitə yaradır, ürək sözlərini bölüşür. Bu, barədə Tamara xanımın xatirələri çox maraqlı, həm də çox ürək açandı. O, deyir: “Maqomayev ozünəməxsus şəkildə məhəbbətini anlatmağa çalışırdı. Həmin məqam o, proiqrıvatelə zamana uyğun gələn melodiyanın valını qoyurdu. Ona həmin priyomla cavab verirdim. Mən də, fonetikamda olan vallardan birini proiqrivatelə qoyurdum…”.
Həmin zaman kəsiyi ərzində Tamara Sinyavskanın təcrübə müddəti bir il yarım davam edir. Bu, müddət ərzində Tamara ərindən boşanır, müstəqil və sərbəst xanım olur. Ancaq o, Müslüm Maqomayevlə nigah əlaqələrini rəsmiləşdirib qeydiyyatdan keçməyə tələsmir. Bu, o vaxta qədər davam edir ki, onların ümumi tanışlarından birinin səbr kasası tükənir və o, gənclərin pasportlarını alıb onları nigah şöbəsinə aparır. Elə həmin gün, paytaxt restoranlarından birində yüz nəfərin iştirakı ilə toy mərasimi təşkil olunur. Bundan başqa, bu xəbəri eşidən üç yüz adamdan çox kütlə restoranın ətrafına yığışır və çox mehribancasına Maqomayevdən sevimli mahnılarını istəyirlər. Belə bir gündə müğənni əzabkeşlərini, pərəstişkarlarını intizarda qoya bilməzdi. O, restoranın açıq pəncərəsindən onlar üçün yarım saat mahni ifa edir. Deyilənlərə rəğmən, bundan sonra Müslüm düz üç ay bronxitlə gəzir. Əlbəttə ki, şaxtalı yanvar ayı, açıq pəncərə, kəskin hava cərəyanı, bir qədər qəbul olunan alkoqolun təsiri bronxit üçün kifayət edərdi.
Səs-küylü Moskva qonaqlığından sonra cütlük toy səyahətinə çıxır və adaxlının vətəninə, Bakıya gəlirlər. Burda Tamaranı yalnız adi “gəlin” qiyafəsində yox, özü də bütün “Azərbaycanın gəlini” qiyafəsində qəbul edirlər. O zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev idi. Birinci katib təzə evlənənləri bağında qəbul edir və onların şərəfinə təntənəli ziyafət keçirir.
Həmin anları yaxşı xatırlayan Müslüm deyirdi: “Mənim yaxşı yadımdadı, Tamaranı birinci dəfə nə vaxt görmüşəm… Televizorda görmüşəm… Biz dostlarımızla axşım qonaqlı. Onu ekranda gördüm və həmən qonaqlıqda iştirak edənlərə dedim: bax bu, həqiqi motso-sopranodu! Ümumiyyətlə, mən qadın səsinin çox da böyük pərəstişkarı deyiləm. Çünki qadın nə vaxt ki, yuxarı nota qalıxır, çox təsadüf hallarda onu axıra kimi tamamlaya bilir…
T.Sinyavskaya ənənəvi böyük rus vokal məktəbinin N.A.Obuxova, M.P.Maksako və kimi məşhur mezzo-soprano səs sahiblərinin görkəmli nümayəndəsi və davamçısı idi.
Onun çox böyük diapazona, “məxməri” tembrə, bütün reqistrlərdə işləyən nəcib, qüvvətli, bərabər səsə malik olması mənə imkan verir ki, onu nadir, tayı-bərabəri olmayan, həqiqi rus kontraltosu hesab edim. Müğənninin yüksək ifaçılıq qabiliyyəti, yüksək musiqi mədəniyyəti, məharətli, mahiranə, virtuoz texnikası, parlaq səhnə manerası, temperamenti onun başqalarından olduqca kəskin formada seçilməsinə, həmçinin, fərqlənməsinə imkan verirdi. Tamara xanım “Çarın gəlini” operasında yaratdığı Lyubaşa obrazı müğənninin yaradıcılığının həqiqi zirvəsi hesab oluna bilər.
T.İ.Sinyavskaya 2005-ci ildən Moskva Dövlət Teatr İncəsənəti İnstitutunun vokal kafedrasının müdiri və professoru vəzifələrində fəaliyyət göstərmişdi. Bir çox orden və medallarla təltif olunan Tamara xanım ictimai və dövlət işlərindən də kənarda qalmırdı. O, 1984-cü ildə SSRİ Ali Sovetinin 11-ci çağırışının deputatı olmuşdu. Eyni zamanda, SSRİ, Rusiya və Azərbaycanın fəxri adları və ordenləri ilə təltif edilmişdi: Onun kolleksiyasında “Qırmızı Əmək Bayrağı” ordeni