Hələ kiçik yaşlarında olarkən balaca Tamarada musiqiyə, mahnıya, rəqsə böyük həvəs oyanır. O, altı yaşında olarkən V. S . Həmin zaman bu musiqi kollektivi Moskvanın Stopani küçəsində yerləşən pionerlər evinin tərkibində fəaliyyət gostərirdi. İş elə gətirir ki, kiçik Tamaranın yaşadığı ev ərazidən çox da uzaqda olmur, Marxlevski küçəsində yerləşir.
1953-cü ildə xor ansamblına gələn on yaşlı Tamara bir müddət sonra Moskva Konservatoriyasının nəzdində yerləşən musiqi məktəbinin nəğmə sinifinə qəbul olunur. Ailəni təkbaşına saxlayan anasına maddi dəstək olmaq məqsədilə balaca qızcığaz “Kiçik teatr”da “qoşucu” xora keçməli olur. Həmin vaxt musiqi məktəbində Tamaraya 28 rubl təqaüd verirdilər. Teatrda isə bu rəqəm bir balaca çox idi. Bu isə, həmin dövrdə ailəyə böyük kömək və yardım hesab olunurdu.
Tamara İlyiniçna həyatın ona bəxş etdiyi istedad və qabiliyyətlə bərabər, həm də əsl zəka nümayiş etdirirdi. O, uşaqlıq dövründən başlayaraq bütün musiqi mərhələlərini həyat yoldaşı Elə bir maneə yox idi ki, Tamara xanımın qarşısını kəssin. Bütün sipərləri amansızcasına vurub dağıdan bu, incə və mehriban qızcığaz çətinliyin nə olduğunu bilmirdi. O, həm də çox zəhmətkeş və əməksevər bir insan xüsusiyyətinə malik idi.
Tamara Sinyavskaya müsahibələrinin birində etiraf etmişdi ki, mürəkkəb tapşırıqları xoşlayırdı . İş elə gətirir ki, tale onu bütün həyatı boyu bolluca sevindirir – hər yeni opera partiyası yeni zirvənin fəth olunması ilə yekunlaşır. Onun vokal məharəti və ustalığı bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Bununla da, Tamara adını XX əsrin ikinci yarsının musiqi tarixinə, musiqi salnaməsinə həmişəlik yazdırır.
Yuxarıda sadaladığım musiqi məktəbləri ilə yanaşı Tamara İlyiniçna Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində dövrünün görkəmli, tanınmış pedaqoqlarından sayılan: L.M.Markova və O.P.Pomerantsevadan , Dövlət Teatr İncəsənəti İnstitutunda isə musiqili komediya aktyoru fakültəsi ndə məşhur DB Belyavskidən dərs alır.
Məktəbi qurtardıqdan sonra 20 yaşlı gənc qız “Böyük teatr”a gəlir və təcrübə keçənlər qrupuna daxil olur. Gənc müğənninin səsi qəbul komissiyasının üzvülərini o qədər məftun edir ki, onlar, hətta, konservatoriya təhsili olmayan qızı teatra qəbul edirlər. Təcrübə keçən gənc qız öz zəhməti və bacarıqı ilə sübut edir ki, nəyə qadirdi. Odur ki, bir ildən sonra onu həmişəlik olaraq teatrın əsas qrupuna yazırlar.
Tamara xanımın özünü sübut etməsində, püxtələşməsində opera rejissoru və musiqi müəllimi Boris Pokrovskinin böyük zəhməti və rolu olur.
Bir dəfə “Böyük teatr”ın əsas heyəti Milana qastrol səfərinə gedir. “Yevgeni Onegin” operasında Olqa partiyasını ifa etmək gənc müğənniyə həvalə olunur. Bu Tamara Sinyavskaya üçün əsl sınaq, eyni zamanda O, bu imtahandan müvəffəqiyyətlə çıxır, partiyanı əla ifa edir.
1964-cü ildən “Böyük teatr”da soloist kimi fəaliyyətə başlayan Tamara İlyiniçna 2003-cü ilə kimi bu teatrda çalışır. O, teatrın səhnəsində birinci dəfə Cüzeppe Verdinin “Riqoletto” operasında Paj obrazında tamaşaçıların qarşısına çıxır. “Kişi” obrazı Tamara xanımda çox gözəl alınır.
O, Aleksandr Borodinin “Knyaz İqor” operasında Konçakova, Edvard Bendjamin Brittenin “Yay gecəsinin yuxusu”nda Oberon obrazlarını yüksək ustalıqla ifa edir.
“Böyük teatr”ın Fransaya, Yaponiyaya və Kanadaya uğurlu səfərlərindən və IV Beynəlxalq müsabiqədə qalib olduqdan sonra xarici ölkələrə dəvət olunur. Müsabiqədə jürinin sovet ittifaqından olan üzvü Yelena Obraztsova, xarici ölkələrdən olan üzvülər , o cümlədən məşhur Mariya Kallas Tamaraya səs verirlər. Nəticədə, birinci mükafatı iki yerə bölmək lazım gəlir. Tamara, həmçinin, Mixayıl İvanoviç Qlinkanın Vanya