Rusiyanın “Əməkdar artisti” (1973), “Xalq artisti” (1976), “Şərəf nişanı” ordeni (1980) , SSRİ “Xalq artisti” (1982), Azərbaycanın “Xalq artisti” (2002), Azərbaycanın “Şöhrət” ordeni (2003), “Vətən qarşısında xidmətlərinə görə” ordeni: IV dərəcə (2006) , Azərbaycanın “Dostluq” ordeni (2013) və s. təltiflər var idi.

Tamara xanım 1972-ci ildə BA Pokrovskinin rəhbərliyi altında Moskva Dövlət Akademik Kamera Musiqili teatrının iştirakı ilə R.K.Şedrinin “Yalnız məhəbbət deyil” əsərində Varvara Vasilyevanın partiyasını ifa etmişdi. Bundan sonra o, çoxlu xarici qastrol səfərlərində olmuş və “Varna yayı” musiqi festivalında iştirak etmişdi.

Tamara İlyiniçna Fransa, İtaliya, İspaniya, Belçika, Avstriya, İngiltərə, ABŞ və sair bir çox dünya ölkələrinin opera teatrlarının səhnələrində uğurla çıxış etmişdi. Xanım müğənni, həmçinin, konsert proqramları ilə Cənubi Koreya və Yaponiyada qastrol səfərlərində olmuşdu. Müğənninin repertuarına daxil olan partiyaların bir çoxu geniş şəkildə ilk dəfə xarici ölkələrin səhnələrində səslənirdi.

“Bir dəfə, belə bir hadisə baş verdi. Hansısa səfərdən geri, Moskvaya dönən Müslüm yolunu mənim yanımdan, Kazan şəhərindən salır. Onda, Tatarıstanda qastrolda idim. Kazan teatrının səhnəsində “Çarın gəlini” operasında Lyubaşanı oxuyurdum. Fasilədə tamaşaçılara təzim etmək üçün səhnəyə çıxdım. Bu, zaman Müslümün adından mənə çox böyük gül dəstəsi gətirdilər. Mən, bu gül çələnginin arxasında görünmürdüm… Nə vaxt ki, Müslüm lojada göründü, tamaşaçılar üçün opera öz əhəmiyyətini itirdi…, deyən, -Tamara xanım xatirələrini pərəstişkarları ilə bölüşmüşdü.

2010-cu ilin oktyabr ayının 25-də Moskvada, Müslüm Maqomayevin şərəfinə Vokalçıların Birinci Beynəlxalq müsabiqəsi keçirildi. Həmin müsabiqədə çıxış edən Tamara Sinyavskaya demişdi:

“Müslüm Maqomayev, həm opera, həm də estrada səhnəsində kral idi. Buna görə də müsabiqə çox gərgin olacaqdı, çünki, həm opera müğənnisi, həm müzikl və neapolitan mahnılarının ifaçısı, həm də estrada janrının mahir ustası kimi çox geniş diapazonlu səs imkanlarına malik olan musiqiçi tapmaq olduqca çətindi…”.

Mətbuat konfransında iştirak edən Müslüm Maqomayevin “Mədəni-Musiqi İrsi Fondu” nun təsisçisi, həmyerlimiz Araz Ağalarov isə fikrini qısa və yığcam ifadə edərək demişdi:

“Bu, bizim hamımız üçün və şəxsən mənim üçün böyük şərəf və xoşbəxtlikdi. Hesab edirəm ki, Müslüm Maqomayev üçün görülə biləcək ən böyük iş elə budu”.

Tamara İlyiniçnaya həsr olunan bu bölməni, Müslüm Maqomayevlə Tamara Sinyavskayanın birgə, duet şəklində ifa etdikləri məşhur və unudulmaz “Ey əziz anam, Azərbaycan” mahnısının Azərbaycan və Rus dillərindəki variantını misal gətirməklə tamamlairamaq istə:

Ey əziz anam, Azərbaycan!

Ey əziz anam, Azərbaycan,


Sənə bağlıyam, Azərbaycan.


Ömrümün mənasısan, Azərbaycan,


Qardaşlıq dünyasısan, Azərbaycan,


Anamın anasısan, Azərbaycan.



Ömrümün mənasısan, Azərbaycan,


Qardaşlıq dünyasısan, Azərbaycan,


Anamın anasısan, Azərbaycan.



Baharlı yurdum, Azərbaycan,


Çinarlı yurdum, Azərbaycan.


Sənsən eşqim, zəfərim, Azərbaycan,


Çağlayan Kür, Xəzərim, Azərbaycan,


Günəşli al səhərim, Azərbaycan,



Sənsən eşqim, zəfərim, Azərbaycan,


Çağlayan Kür, Xəzərim, Azərbaycan,


Günəşli al səhərim, Azərbaycan,



Ты меня зовешь, Азербайджан.


Ты во мне поешь, Азербайджан.


Как огни твои светлы, Азербайджан.


Как слова твои теплы, Азербайджан.


Ты звезда моей судьбы, Азербайджан.


Ты звезда моей судьбы, Азербайджан.


Ey əziz anam, Azərbaycan!

Bu mahnı, həmçinin, bu mahnının necə yaranması, o cümlədən mahnının bu iki görkəmli, təkrarolunmaz müğənnilər tərəfindən ifa olunması barədə sonrakı fəsillərdə daha geniş və müfəssəl söhbət açacam .