Məhəmmədin ölümündən dərhal sonra Ayşət xanımın təhsil dalınca getməsini, doğma, körpə balasını qayğısız qoymasını və ikinci dəfə ailə həyatı qurmasını yüksələn xətt üzrə araşdırası olsam hamıya yaxşı məlum olan bir təmayülün “şəxsi marağın” şahidi olaram. Baxmayaraq ki, Müslüm anasını ikinci dəfə ailə həyatı qurmaqda günahlandır mırdı. Ancaq Ayşət xanım bu cür qınağa, bəlkə də, bundan artığına çox layiq idi. Əlbəttə, bu, mənim subyektiv fikirim kimi başa düşülməlidi…

       Həmin vaxt balaca Müslüm əmisi Camalın və nənəsi Baydagül xanımın himayəsi al tında xoşbəxt yaşayırdı, özü də çox xoşbəxt yaşayırdı. Sual oluna bilər ki, valideyin qay ğısı və diqqəti olmadan xoşbəxt yaşamaq olarmı? Əlbəttə, bu, suala birmənalı cavab vermək çox çətindi. Amma mövcud vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, diqqətsiz, kimsəsiz, tənha, ehtiyac içində yaşamaqla müqayisədə, bu cür həyat xoşbəxt bil hesab ol. Təmiz və səliqəli geyinmək, vaxtlı-vaxtında qidalanmaq, isti və bəyaz yorğan-döşəkdə yatmaq, məktəbli ləvzimatları və kitablarla təmin olunmaq, ən yaxşı şə hər məktəblərindən birində təhsil almaq və s. söylədiyim fikirlərin təsdiqi və bariz nümunəsi kimi qəbul oluna bilər.

       Müslümün böyüməsi, təlim-tərbiyəsi və əxlaqı ilə konkret olaraq əmisi Cəmaləddin və həyat yoldaşı Mariya İvanovna məşğul olurdular. Onların diqqəti, ayıq-sayıq iti nəzarəti altında kiçik Müslüm yaxşı əxlaq görmüş, tərbiyə və savad almışdı. Burda heç bir vacib amil nəzər diqqətdən kənarda qalmamalıdı. Bu, Müslümün Azərbaycanda, daha doğrusu, Bakıda böyüməsi idi. Sözsüz ki, Ayşət xanımın yaşadığı Çimkənd, Vışniy Volo çok, Barnaul kimi əyalət şəhərləri siyasi və mədəni mərkəz hesab olunan paytaxt Bakı ilə müqayisədə rəqabətə girə bilməzdi.

       Müslüm deyirdi: “Nizam-intizam bizim ailədə çox ciddi şəkildə qorunub saxlanırdı. Əmim özünə inanan kommunistlərdən idi. Onu ələ almaq, aldatmaq mümkün deyildi. Həmin zaman məni tərbiyə edən şəxs yüksək dövlət vəzifəsi tuturdu… Kifayət qədər oyuncaqlarım var idi. Təhsil almağım və musiqi ilə məşğul olmağım üçün münbit şərait yaradılmışdı. Yaxşı yadımdadı, nə vaxt ki, Mariya xaladan yalvararaq pul istəyirdimsə o, etiraz edirdi və deyirdi:

       Böyüyüb özün pul qazanarsan, onda başa düşərsən ki, pulu necə qazanırlar.”

       Bu cür, etirafların qarşısında Ayşət xanımın söylədiklərinə inanmaq gülünc, bəlkə də, “Məlikməmməd” nağılı qədər müəmmalı və möcüzəli g örünə. Sadəcə olaraq be lə məntiqsiz fikirlərin arxasında Ayşət xanımın diqqəti özündən kənarlaşdırmaq, özünü doğrultmaq, səhvlərini ört-basdır etmək, bir sözlə , əməllərini gizlətmək və s. niyyətlər dayanırdı.

       Müslümün anasından küsməsi və inciməsinin, həmçinin, uzun müddət onunla əlaqə, ünsiyyət qurmamasının bünövrəsində, məhz Ayşət xanımın soyuq, laqeyid, məsuliyyətsiz hərəkətləri və doğma övladına qarşı qayğısız münasibətdə olması dayanırdi. Bu, de facto belə idi.

       Həmin dövrdə, Müslümün həmyaşıdları uşaqlar üçün qalaydan hazırlanan balaca maşın və oyuncaqlarla oynayırdılar, Müslüm isə babasından miras qalan püpitrin üzərinə notları qoyub əlinə qələm alaraq təsəvvüründə canlandırdığı orkestrə dirijorluq edirdi. O, əvvəlcə skripkada ifa etməyə cəhd gostərmişdi. Müslüm də, başqa uşaqlar kimi hər şeyi öyrənməyi çox sevirdi, hər şeyə maraq və diqqət yetirirdi: mexaniki oyuncaqların necə düzəlməsi, onların iş prinsipi, ümumiyyətlə, bütün bunları öyrənmək üçün onları sökür, yığır, hərdən də sındırırdı. Bu, “texniki yaradıcılıq” Müslümü bütün həyatı boyu tərk etməmiş, hətta, yetkin yaşlarında onu məşğul etmişdi. Müğənni hər zaman kefini açmath və başını qatmama, birsözlə, məşğul olmath məqsədilə müasir elektron “oyuncaqlarla” məşğlus vene printinə həminll Hətta, son illər doğmaları, yaxınları, əzizləri onun kompüterdə oynadığını görəndə deyirdilər: