“Lap, uşaq kimidir !”
Müslüm isə bu sözlərdən qətiyyən inciməzdi və əksinə, əminliklə deyərdi:
“Əgər insanda uşaqlıq əlamətləri itirsə, sadəlövcəsinə demək olar ki, qocalıq vaxtı artıq yetişibdi.”
Uşaqlıq illərində, Müslüm mövcud təlabat və marağıni babasından yadigar qalan skripka ilə tamamlayırdı. O, skripkanı gah sökür, gah açıb içinə baxır, orda nə olduğu ilə maraqlanırdı. Sonda, bu, skripkanın sınması və yenidən kleylənməsi ilə nəticələnirdi. Həmin skripka sonralar musiqi aləti bərpa edən ustalar tərəfindən yenidən təmir olunaraq düzəldilmiş və hal hazırda Bakı müzeylərinin birində əntiq əşya kimi qorunubırakılıl.
Bəstəkar-dirijor babasının həyat yolunu davam etdirən Müslümün ilk macəraları evlərindəki böyük royaldan başlamışdı. Royalın böyük, Müslümün isə balaca olması onlara “dostluq” etməsi üçün heç bir problem yaratmamışdı, əksinə, hər şey bir-birini daha yaxşı tamamlayırdı. Beləki, artıq üç yaşı olarkən Müslüm melodiyaları seçmək, yığmaq və götürmək qabiliyyətinə malik idi. Onun ilk bəstəsi beş yaşına təsadüf etmişdi və o, bunu bütün həyatı boyu yaddan çığartmamışdı. Çox sonralar Müslümün yaratdığı həmin bəstəyə şair Anatoli Qoroxov şeir yazır. Nəticədə, “Bülbülün saatı” adlı yeni mahnı ərsəyə gəlir…
Xatirələrində nənəsi Baydagül xanımla bağlı olan maraqlı məqamları gündəmə gətirən və eyni zamanda özünün son dərəcə dəcəl, böyük sözünə baxmayan və nadinc uşaq olduğunu etiraf edən müğənni həmin anları xoş təəssuratlarla yaddaşının süzgəcindən keçirirdi və peşiman olduğunu təəssüf hissi ilə qeyd edirdi. O, xatirələr kitabında yazırdı: “Baydagül (yaz çiçəyi deməkdi: -M.M.) nənəmi çox sevirdim, ancaq çox eşitmirdim. Tez-tez istər və ya istəməz, hər şeydən öngə, uşaq arsızlığı, ağılsızlığı baxımından xətrinə dəyirdim, incidim və çalırdım. O, mənə nə isə, sözsüz ki, əhəmiyyətli bir şey deyirdi, amma mən artıq orda yox, küçədə olurdum, harda ki, məni eyni cür dəcəl, şuluqə nadinc uşaqylar girözl. Nə qədər nənəm məni çox istəyirdisə, mən bir o qədər onu incidirdim və xətrinə dəyirdim. İndi nənəmin hansı dərəcədə səbrli olması haqqında düşünürəm və onu gec də olsa başa düşürəm…”
Onun uşaqlıq dövründə dəcəl, nadinc, şuluq olması və eyni xasiyyətli məhəllə uşaqları ilə oynaması heç də pis qarşılanmamalıdı. Bu, həmin yaşda olan oğlan uşaqları üçün normal hesab oluna bilər.
O, kifayət qədər nənə nəvazişi və qayğısından bəhrələnsə də, baba sevincini yaşaya bilməmişdi. Çünki onun babası, böyük musiqiçi balaca Müslüm anadan olmazdan beş il əvvəl dünyasını dəyişmişdi.
Müslümü həyatı boyu bir sual daim izləyib və düşündürüb, daha doğrusu, maraqlandırıb. O, bilmək istəyirdi ki, babası Əbdül-Müslüm həyatda necə adam olubdu? Əlbəttə, o doğma və yaxınlarının sözlərindən babası haqqında kifayət qədər informasiya ala bilmişdi. Lakin bütövlükdə bunlar onu qane etmirdi, beləki o, babası haqqında daha çox, daha mükəmməl, daha müfəssəl bilmək istəyirdi. Ona bəlli idi ki, babası çox əliaçıq, səxavətli, hamıya kömək edən bir insan olubdu. Müğənni xatirələr kitabında bəstəkar Üzeyir Hacıbəylinin Əbdül- Müslümə Peterburqdan ünvanlandığı bir təşəkkür məktubunu misal gətirərək onun bir hissərəɱn oxutular.
O, (Üzeyir Hacıbəyli: -C.P.) yazırdı:“…mənim imkanım var ki, işlərimlə rahat məşğul olum, bunun nəticəsi idi ki, mən Konservatoriyaya daxil oldum; bütün bunlar üçün səmimi kömək etmək istəyinə görə sənə (Əbdül- Müslümə : -C.P.) borcluyam; bu arzumu yerinə yetirmək üçün sən rahatlığını və sağlamlığını qurban verdin. Görəsən mənim imkanım olacaqmı bütün bunlar üçün sənə təşəkkür edim?”