səhnədə ünsiyyət qurmaq mənə müyəssər oldu. Həmin vaxt Müslüm bütün ittifaqda şöhrət qazanmışdı, onu tanımayan tapılmazdı. Kuluarlarda və səhnə arxasında hamı bir-birinin qulağına sakitcə pıçıldayırdı:

Ayşət Maqomayeva!”

Artıq neçənci teatr əməkdaşıdı ki, Ayşət xanım haqqında, onun istedadı və yaratdığı obrazlar haqqında ürək dolusu danışır və xoş sözlər deyir. Ancaq çox təəssüflər olsun ki, dramatik rolların mahir ifaçısı həyatın ona bəxş etdiyi həqiqi “Ana” obrazını oynaya bilmədi, daha doğrusu, onun öhdəsindən gələ bilmə.

Həmin illərdə Müslüm Maqomayevi, nəinki keçmiş SSRİ-də, hətta, bütün dünyada tanıyırdılar. Bu cür, ecazkar bariton səsə malik müğənnini tanımamağın özü bir qəbahət hesab olunurdu. Lakin ana və oğul arasında olan anlaşılmazlıq, soyuq münasbət tamaşaçı auditoriyası üçün əlavə söz-söhbət, dedi-qodu yaradırdı. Ayşət xanımın rəfiqələrinin, tərəf müqabillərinin, həmçinin, özünün dediklərinə istinad edərək çox mükəmməl bir aktyor -qadın surəti yaratmaq olar. Ancaq ana ilə Müslüm arasındakı rabitə mütəəssir faciəvi tellərlə bağlı idi. Məhz, bu baxımdan Ayşət xanım, onun teatr yoldaşları bu adı (Müslüm : -C.P.) bir o qədər hallandırmağa çalışmırdılar. Ancaq digər bir tərəfdən bəd dillərin sahibləri sözgəzdirən, qeybətçil əməllərindən, sözsüz ki, geri qalmırdılar. Əlbəttə, insanları daima bir sual olduqca çox maraqlandırırdı. Nə üçün Müslüm Maqomayev Moskvada, onun anası Ayşət xanım vilayətin baş şəhərində, biri-birindən ayrı yaşayırlar? Lakin heç kim cürət edib bu sualla Ayşət xanıma müraciət edə bilmirdi, hətta, onun yaxın rəfiqələri və iş yoldaşları, belə… Başqa bir tərəfdən isə, Ayşət xanım bu cür söhbətlərin ayaq açması üçün imkan vermirdi və münbit şərait yaratmırdı. Baxmayaraq o, çox şad, gülərüz, mehriban, ünsiyyətçil qadın idi. Burda, ən vacib amil ondan ibarət idi ki, Ayşət xanım heç vaxt kiminsə onun şəxsi işinə qarışmasına imkan yaratmırdı. Bütün könül sındıran, ürək sıxan həyat motivlərinə bahəm Ayşət xanım Maqomayeva insanlara münasibətdə mehriban, istiqanlı, doğma olaraq qalırdı.

“Ayşət Əhməd qızı “Qara qızılgül” tamaşasında, sösün həqiqi mənasında, ana obrazını təsvir etməyi yaxşı bacarırdı. Mən ilk dəfə səhnəyə çıxanda təşviş içində idim. Ayşət Əhməd qızı mənə qayğı ilə yanaşdı, kömək etdi. Tamaşanın gedişi zamanı o, məni öpür və qucaqlayır, mənimlə ağlayırdı. Həmçinin, bir ana kimi məni sakitləşdirir və yenicə fəaliyyətə başlayan aktyoru hiss edir, ana münasibəti və qayğısı göstərirdi.”

Müslüm qələmə aldığı “Melodiya, mənim məhəbbətimdi” adlı memuar monoqrafiyada anası ilə bağlı məqamlara çox ehtiyatla toxunurdu. Hətta, bəzən hiss olunurdu ki, müğənni anasını müdafiə edir, ona haqq qazandırmağa çalışır. Bu, təbii qəbul olunmalıdı , çünki Ayşət xanım onun anası idi. Oğulun anaya bu cür, münasibət sərgiləməsinin bünövrəsində daxili duyğular, ruhi bağlılıq, kökdən gələn impuluslar, ən əsası isə irsi əlamətlərı yrhıli.

“Müharibədən sonrakı vəziyyət elə gətirdi ki, anam ikinci dəfə ailə qurmalı oldu. Bununla bağlı mən onu gunahlandıra bilmərəm. O, dram aktirisası idi, daima Rusiyanın şəhərlərində köçəri həyat tərzi keçirirdi, heç vaxt uzun müddət bir teatrda fəaliyyət göstərmirdi”, -deyərək, -Müslüm xatirələr kitabında yazırdı.

Nəyin necə baş verməsindən asılı olmayaraq uzun ayrılıqdan sonra ana və oğul yenidən bir-birinə qovuşurlar. Onların sonradan necə barışması haqqında Ayşət xanımın çimkəndli rəfiqələri xəbərsiz idilər. Lakin Ayşət xanım oğlunun və gəlininin necə yaşaması, onu necə qarşılaması və onun gəlişi münasibəti ilə nə cür süfrə açmaları, ona necə hədiyyələr rim vəs. haqqında böyük qürurla, razılıqla danışırdı. Tamara Sinyavskaya tərəfindən ona hədiyyə olunan paltarı yeri gəlmişkən