1-ci versiya
Yazı ilk baxışda belə məna verir:
Tağanula amaca güdümü (Oxumaq məqsədi güdürsənsə), sal tizə (qalx zilə);
Dəm müzə sal ağrık (ağrı) (Dəm müsiqiyə ağrı qat).
Noqeyrolun (J.Nougayrol) açılışından belə anlamaq olur ki, biləyindən tutulub, kürsüdə oturan bəyin yanına gətirilən gənc qız (qadın), yəqin ki, hansı körpəyəsə öz döşlərindən süd vermək üçün təqdim edilir. Arxasınca gələn sonuncu qadının əlindəki vedrə isə – Nogeyrol qadının əlindəki çantanı belə təqdim edir – “süd sağılmaq üçün” gətirilib yəqin… Kahkəşanlı tariximiz bax beləcə predmetsiz yazılarla təhqir edilir, adımız səhifələrdən silinir, müdrik əcdadlarımızın ruhları üstündə kotanla şum çəkilir.
Müəllifin fikirncə, Böyük Britaniya muzeylərindən birində saxlanılan qiymətli lövhə Quzey Mesopotamiyanın və ya Suriyanın şimalından aşkar edilib. Bu yer coğrafi baxımdan vaxtilə orada öz dövlətlərini qurmuş ulu türklərin Ete eli adlandırdıqları ölkə ərazisi ilə eynidir. Lövhəni son Akkad dövrlərinə, yəni eramızdan əvvəl 2254-2154-cü illərə aid edirlər. Yəni ona təxminən 4300 il yaş verirlər. Bu yaş da dünənin məhsulu saydığımız dağunanın (heyratı) və demüzinin (segahın) təmiz sinni deyil. Əgər yazılan bu dövrdə onları musiqi akademiyalarında tədris edirdilərsə, deməli, onlar bu lövhəyə qədər uzun tarixi yol keçiblər.
Əmin olduğumuz kimi, lövəhinin kənarlarını bəzəyən eyni ilə təkrar olunmuş mətn təmiz türkcə səslənir və o musiqiyə həsr olunub. Solda qabartmalarla bəzədilmiş yüksək kürsüdə oturub, ayaqlarını yenə də qabartmalarla örtülmüş ayaq altlığına qoymuş nəcib kişini Nageire allah adlandırır. Əgər o allahdırsa, onun körpəsi haradan, və hətta əgər o varsa, ona niyə küçədən tutulub gətirlmiş kimsənə süd verməlidir? Məntiqsiz söz yığını.
Əslində alicənablığı ilə seçilən şəxs, öz zamanının Musiqi akademiyasına sahib müəllimdir. Burada allahlıqdan söhbət gedə bilməz. O onun həmkarı tərəfindən yanına tövsiyə üçün gətirlmiş gənc xanəndəyə məsləhət verir. Gəncin əlindən tutmuş qadın, yəqin ki, qızın vokal üzrə ya sinif, ya da ailəvi müəlliməsidir. Anun (qadının) kübar cəmiyyətə aid olduğu həm paltarının, həm gentacının (termin mənimdir – şlyapasının-T.A.) forma və bahalığından sezilir. A (qadın – Əcdad kitabında [10] dilimiz üçün qadın cinsi əvəzliyi kimi işlətməyi təklif edirik – T.A.) da, maestro kimi qat-qat tikilmiş çoxsəviyyəli paltardadır. Kürsüdəkinin dövrünə məxsus görünür, çox bahalı gentacı (şlyapası), çiyinlərinə tökülmüş uzun, qıvrım saçları, Qarabağ xanəndələrinə məxsus dolu ovurdları və kök buxağı, qalın bığları onun musiqi ustaları arasındakı yüksək səlahiyyətindən və cəmiyyətdəki nəcib statusundan xəbər verir.
Müəlliməsi ilə yanaşı gənc tələbə qızı görünür, anası da müşaiyət edir. A əlındə ya dəridən hazırlanmış, ya da rəngli ipdən toxunmuş qadın çantası (“vedrə” – Noqeyrol) tutmuşdur. Əsər yüksək texnologiya və sənərkarlıqla yonulduğundan arxadakı iki fiqur bir-birinə çox oxşayır və ikincinin yaşlı sifəti dediklərimizi – anun qızın anası olduğu fikrini – təsdiqləyir. Ana və müəllimə xanəndəlik sənətinə yenicə ayaq basmaq istəyən qızın vokal imkanlarını məşhur maestroya göstərməyi qərarlaşdırıblar. Kübarlığı şübhə doğurmayan müəllim, azacıq sonra mətndən enən məlumatdan görcəyimiz kimi, dövrünün məşhur muğam ustasıdır. Şəklin təbii olduğuna şübhə yoxdur. Yəni, əsər özündə vaxtilə mövcud olmuş tanınmış şəxslərin obrazlarını əks etdirir. O, elə-belə, xəyal məhsulu deyil. Bu mənada dediklərimiz doğrudursa, bir fakt adamın hisslərini göynədir ki, maestronun adı lyapis lövhəsinə qazılmayıb. Əks təqdirdə, biz ilkin muğam ifaçısının, hətta professorun səsini eşitməsək də, heç olmasa, üzünü gördüyümüz kimi, adını da bilərdik. Bu, Cabbar Qaryağdıoğludan başlandığını iddia etdiyimiz muğam sənətimizə dörd minillik ilkin ustadımızın adını qızıl hərflərlə əlavə etməyə imkan verərdi.