I: da-gu-na……………..II: dim-mu-ziSALagrig
ama-ga-ku
DUMU.SAL ti-sa
Qiymətli daş sayılan lyapis-lazuri lövhəsi üstündə tərtib edilmiş yazını ilkin deşifrə edib oxuyan J.Nougayrol [8] hər iki tərəfdə qabardılmış eyni yazının dilini hurrit dili sayır. Onu qeyd edək ki, 22 illik gil yazıların tədqiqi təcrübəmizdə ilk dəfədir hurrit dilinə rast gəlirik. Elə bəri başdan deyək ki, tərcümə özünün mənasız söz yığımı ilə minlərlə digər tərcümələrdən heç nəyi ilə fərqlənmir. Burada da küt və ənənəvi sözlərə meydan verilib. Tərcümənin daha bir təəccüblü cəhəti ondan ibarətdir ki, yazıdakı türk dilinin sual şəkilçisi olan DUMU, sən demə, hürrit dilində də “övlad” mənasını verir. Adətən, dil ailəsinə mənsubiyyətindən asılı olmayaraq, istər sami mənşəli dillər (akkad, assur), istər aqqlütinativ dillər (şumer, urartu, elam), istərsə də hind-avropa mənşəli dillər grupuna (harrit, hetit, hurrit) və yaxud digərləri olsun, heç bir fərqi yoxdur, bütün ölü dillərdə DUMU “oğul” kimi tərcümə edilir. Bu necə olur ki, eyni bir söz bütün ən müxtəlif dil ailəsinə mənsub dillərdə belə eyni məna verir?
Dillərin öz aralarında sözdəyişmə prosesi millətlərin lap ilk təmas dövrlərindən yer almış təbii prosesdir. Amma eyni mixiyazılı şəkilçini bütün dillərə şamil etməyin özü, bu cür tərcümənin uydurma olduğuna qəti sübutdur. Bir anı da qeyd etmək vacibdir – əgər DUMU – dan sonra anlaşılmayan hər hansı söz və ya şəkilçi gəlirsə, o zaman onlar birlikdə, bu mətndə olduğu təki, bütün sadaladığım dillərdə “qız”a çevrilir. Yəni “qız” kimi tərcümə edilir. J.Nougayrol da DUMU.SAL`ı “hurrit” dili üçün də tam əminliklə qız kimi qəbul edir:
Daguna, the wet-nurse,
daughter of
Tisadimmuzi
the attendant
Az: Süd verən (əmizdirən) Daguna, Tisadimmuzinin qulluqçusunun qızıdır.
Mətn bizim modelləşdirmə və tərcüməmizdə aşağıdakı kimi səslənir:
M: I. Daguna amaga kuDUMU sal tisa
II. Dim muzi sal agrig
Lüğət və kommentarilər (LК):
I.Daguna – güman ki, tağanula —ırlamak – şakımak, oxumaq, tərənnüm etmək, bülübül tək ötmək, cəh-cəh vurmaq, zəngulə vurmaq;amaga – amaca —amac, qayə, məqsəd; 2) nişangah; amak (-kı) cəmdə, təkdəki umk —dərinlik, amakına nüfuz etmək – [işin] məğzinə varmaq;kuDUMU- kudumu – güdümü – güdürmü; birlikdə amaca gütmek – məqsəd güdmək;amaca güdümü – u məqsədi güdürmü?Sal – salmaq, qatmaq, söhbət yüksək tonda səsdən gedir; tisa – şəksiz tiza – tiz – 1) hündür, kəskin, nüfuz edən; 2) mus. hündür, yuxarı not; birlikdə: Sal tiza – yuxarıdan, hündürdən götür (notu); yüksək notda oxu;
II.Dim – dəm – bəm`ə – pəs`ə oxşayır; bəm – bəmdən, astadan, yarımtonda oxumaq; Amma bəm deyil. Muzi – musiqi; sal —; agrig – ağrıq (xalq deyimi) – аğrı – ah-vay, qəm, kədər.
Bahar (İstər) bayramının ilk səhəri erdən Azərbaycan türkləri dəhnə, kəhriz, çay üstünə çıxıb, Baharın ilk müqəddəs sularında yuyunur, sonra onun üstündən hoppanaraq hündürdən: “Ağırrığım-buğurruğum bu su aşağı!”, deyə suya müraciət edirlər. Həmən ümid dolu ifadəni u günün axşamı Yeni fəsil – Yeni il bayram şərəfinə qalanmış ocaq alovlarının üstündən atılanda da qışqırır, lakin bu dəfə oda müraciətlə: “Ağırrığım-buğurruğum bu odda yansın!» nidasını edirlər.
Çoxlarının düşündüyü kimi, buradakı ağırrıq – çəki, kütlə və ya massivlik deyil. Ağrı, kədər, qəm-qüssə, muun`dur (gil yazılı dövrünün adekvat məna daşıyan terminidir). Yazıdakı ağrıq burada bu anlamlarda işlədilib.
Lyapis-lazurdan hazırlanmış lövhədəki yazının işarələrini ayrıca deşifrə etməyə çalışaq:
Bu kiçik mətni tam dəqiqliyi ilə açmaq yolunda 3 mərhələ keçmişik. Onlar bir-birini rədd etsələr də, biz onların hər üç versiyasını burda işıqlandırmaqdan utanc duymadıq. Əksinə, dilimizin mixi yazılı sirrlərinin gələcək tədqiqatçılara çivi yazılardan son və təkmil cavab almaq yollarının çətin olduğunu, çətin olduqca da səbir tələb etdiyini göstərmək istədik. Beləliklə.