Sifət eyni sifət, saç eyni saç, poza eyni poza, alət eyni alət, halət eyni halət!



Burada heç böyüdücü linza da lazım deyil. Bunlardan birincisi 5 min il bundan öncə yaşayıb daşlaşmış ozan, ikincisi müasirimiz ozan Araz Elsəs. Bunlar ikili xromosomun там dəsti sayılan bir ziqotadan törəmiş əkiz sifətlər deyil, bəs nədir? Kim dana bilər ki, Araz Elsəsin Xan Araz kimi coşub-daşan, tüğyan edən qanındakı istedad onun doğulduğu Urminin cəmi bir neçə yüz kilometrliyində “Şumer” adlandırdığımız Batıda dünyaya göz açmış bu ulu Baba ozanın qanından gəlmir? Onların qaploqrupları eyni deyil? Kim dana bilər ki, onların hər ikisi eyni gennən deyil? Bu terrakot pannonu yapan heykəltaraş da öz vaxtında sənətinə vurğun olduğu öz müasirini – Saz çalıb, söz qoşan gerçək ozanı, yəni elə Araz Elsəsin bir düz xətt boyu əcdadını əks etdirib işində… Sevdikləri heyvanlar aləmində aylı gecədə sazın müşayiəti ilə Vətən nəğməsi demirmi hər ikisi?

Aşağıdakı sətirlər Bida Həmmədaninin artıq tanış olduğumuz “Həmmədan kuku” adlı şeirinnən digər nümunədir. Şeir anun Quzey Azərbaycanımızın Kür-Araz ovalığında doğulduğuna şahidlik edir. Anadan olduğu doğma yurdu üçün burnunun ucu göynəyən Ulu Şairəmiz harmonik və həm də monoton nəğməsini dinlədiyi ququ quşuna nidası ilə qəlbinin başı göynədiyi Kürün, Arazın nəğməsinə və görünür, Quzey Azərbaycanda mühitində böyüdüyü türk dilinin ana doğma hun ləhcəsinə olan həsrət odunu söndürmək istəyi ilə quşa müraciət edir. Sinəsində bir an belə səngiməyən Vətən həsrətinə, ləhcə həsrətinə su çiləmək üçün.


Əridə u[d]siz Kür deyə ki, Arazu deyə,

Gələ edə savab, hunca deyə, barı hunca deyə.


Burada, Azərbaycanın tanınmış rəssamı, qardaşım Fəxrəddin Əlinin çəkdiyi Bida Həmmədaninin gil lövhə ilə birgə xəyali portretini nümayiş etdirmək lazım gəlir. Əslində rəssamın bu əsəri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sifarişi ilə yaratdığı “Qadınlarımız Azərbaycan siyasətində” adlı silsilə portretlərindən biridir. Əsər əslində Bidaya həsr olunmayıb. Biz onu u silsilədən alıb, Gil lövhə ilə sintezdə vermişik burda. Portretə mixi yazılı gil lövhəni biz əlavə etmişik. “Həmmədan kuku” adlı poeması biti edilmiş lövhəni şairə kürədə ütüb (bişirib) çıxarmış naşirin əlindən sanki bu an alıb. “Kitabı nəşr olunmuş” Azərbaycanın qədim şairəsi dünyanın ən xoşbəxt insanıdır. İnanıram ki, nə rəssam, nə də fondun prezidenti qüdrətli qadınlarımızdan kiməsə həs edilmiş bu şəkil “plagiatlığıma” görə, ilk dəfə ulu şeri ilə rastımıza çıxmış antik şairəmizi özümüzə doğmalaşdırmaq, xalqımıza tanıtdırmaq amacıyla tutduğum bu xeyirxah iş üçün məni bağışlayarlar.

Şahidi olduq ki, məbəddəki silindri ən qədim yazılı mənbə kimi qəbul etsək də, o, Muğam barədəki informasiyası ilə yeganə yazılı fakt deyil. Uzaq əcdadlarımızın sonrakı, yaxud məbəddən öncəki yaradıcılıqlarında da musiqi alətlərimizin adlarına tez-tez rast gəlinir. Əgər fikir verdinizsə, Enlil İsmə Dağan qəzəllərinin birində deyir:


BİDA HƏMMƏDANİ – XƏYALİ PORTRET

RəssamFəxrəddin Əli (Azərbaycan)


Du gə, du gə, du gə ey, mən azuni nükur udam!

(Du gə, şahidi ol ki, mən ən azı naxışlı udam!)

Bir parçasını tərcümə edə bildiyimiz və kontekstindən “Anasının ölümünə” yazıldığı bəlli olduğuna görə Ağı (Elegiya) adlandırdığımız Enlil İsmə öz poemasında taleyə – fələyə belə bir arzuyla müraciət edir:


İkrip ili uturub a tarı inə şəptiyə…

(Əqrəb ili a (Ana) oturub tarını kaş bir də kökləyəydi…).

Muğam barədə gil yazılardan aldığımız məlumatlar bunlarla da bitmir.

III. ULULAR MUĞAMI MUĞAM AKADEMİYASINDA TƏDRİS EDİRDİLƏR. BUNA LYAPİS-LAZURİ LÖVHƏSİ ŞAHİDLİK EDİR. LÖVHƏ HƏM DƏ İKİ YENİ MUĞAM BARƏDƏ MƏLUMAT VERİR