Hər iki bəstəkar terequlova bacıları ilə ailə həyatı qururlar. Üzeyir Hacıbəyli Məleykə xanıma, Əbdül- Müslüm Maqomayev isə Baydagül xanıma evlənirlər. Maraqlı faktlardan biri də ondan ibarətdi ki, Əbdül-Müslüm və Üzeyir eyni gündə və eyni ildə anadan olmuşdular. Onlar Qori Müəllimlər Seminariyasında birgə təhsil almış və hər ikisi Azərbaycan musiqisinin təməlini qoyanlardan olmuşdular.

“Qori seminariyasında babam qaboyda ifa etməyi öyrənir. O, həm skripkaçı, həm də qaboyçu kimi seminariyanın tələbələrindən təşkil olunan orkestrdə çıxış edirdi. Əbdül-Müslüm on səkkiz yaşında orkestrin aparıcı musiqiçisi olmaqla bərabər, həm də lazım olanda orkestrdə dirijoru əvəz edirdi. O, həmçinin Qori Müəllimlər Seminariyasında musiqi nəzəriyyəsi elminə dərindən yiyələnə bilmişdi. Seminariyanı müvəffəqiyyətlə başa vuran babama skripka hədiyyə etmişdilər”. -deyən, – Müslüm babası ilə fəxr etməyi çox xoşlayırdı.

Seminariyanı əla qiymətlərlə bitirən Əbdül-Müslüm əvvəlcə Qafqazın bir neçə kəndində qısamüddətli pedaqoji fəaliyyət gostərir. Sonda ona Azərbaycanın Lənkəran şəhərinə göndəriş verirlər. O, ilk müstəqil musiqi peşəsinə, məhz Lənkaranda, musiqi gecələri və teatr təqdimatları hazırlamaqla başlayır. Maqomayev uzun müddət pedaqoq- musiqiçi kimi Lənkəranda işləyir. Onun bu şəhərdə həm musiqi, həm ictimai, həm mədəni-maarif məsələləri ilə olması yerli camaat tərəfindən rəğbətlə qarşılanır, ona olan hörmət günbə-gün artır.

Həyat elə gətirir ki, Əbdül – Müslüm 1911-ci ildə Tiflis Müəllimlər İnstitutunda təcili imtahan verir və ailəsi ilə birlikdə Bakıya gəlir. Əvvəlcə Azərbaycan Musiqi Teatrında orkestr solisti, sonralar isə onun dirijoru olur.

“Uşaqlıq illərində biz şəxsi soy kökümüzə kifayət qədər maraq gostərmirik. Mən, balaca – Müslüm Maqomayevə lazım idi ki, uşaq olarkən böyük Əbdül-Müslümün həyatı haqqında onu tanıyanlardan və onunla bir yerdə olanlardan daha müfəssəl mımımatlar al. Getdikcə uşaqlıq və gənclik illərində buraxdığım boşluqları doldurmağa başladım. Tanınmış babamın həyat və yaradıcılığı mənim üçün xüsusi maraq kəsb edirdi. Onun arxivinə baxdım, məktublarını oxudum, ən əsası isə, babamın musiqilərinə qulaq asdım. Heyif ki, mən onun həyatı haqqında yalnız dolayısı danışa bilirəm, amma çox inamla deyə bilərəm ki, mənim babam böyük bəstəkar və dirijor olubdu. Mən, mütləq onun yolunu davam etdirməliyəm. Həm bəstəkar, həm dirijor, həm də pianoçu olmalıyam. Bu ideyanı qiyabi olaraq mənə bağlamaq üçün doğulanda mənə onun adını qoyublar. Beləliklə, mən Əbdül- Müslümün tam hüquqlu adaşı olmuşam. Həmin zaman mənim eyniyaşıdlarım maşın və qalaydan düzəldilən oyuncaqlarnan oynadığı bir halda, mən babamın püpitrini qarşıma qoyub, əlimə qələm götürüb təsəvvürümdə canlandırdığım orkestrə rəhbərlik edirdim”, -deyərək, – nəvə Müslüm fikirlərini bölüşmüşdü.

Babasının həyat və yaradıcılığı Müslüm Maqomayevi daima maraqlandırıb. O, babasından qalan arxiv materiallarını diqqətlə öyrənib, doğma və yaxınlarının babası ilə bağlı danışıqlarına qulaq asıb, aldığı məlumatları toplayaraq sintez edib və babasının mümkün olan obrazını təsəvvüründə və təxəyyülündə canlndırmağa, formlaşdırmğa çalışıb və bir sual ətrafında həmişə illüziya qurmağa səy göstəribdi. Nəhayət ki, müğənni, qismən də olsa “mənim babam necə olubdu?” sualına cavab tapa bilmisdi.

“Doğmalarımın dediklərindən bildim ki, babam olduqca səxavətli, əliaçıq, ədalətli, həmçinin, insanlara mütəmadi kömək etməyi bacaran bir insan olubdu. Üzeyir Hacıbəylinin Peterburqdan babama ünvanlandığı bir məktub indiyə kimi bizim ailə arxivində qorunub saxlanıbdı. Həmin məktubda Üzeyir dostu Əbdül-Müslümə göstərdiyi maddi köməkliyə görə təşəkkürünü bildirərək yazırdı: