Qoşma, təcnis, gəraylı de,
Ellər desin alqış sana,
Oğul istər sənin kimi,
Söz oxuya yana – yana,
Aşıq yoxdu bu mahalda,
Gələ qarşında dayana,
Sənət sənə əmanətdi,
Dədə babadan, ay Aşıq.
Vahid sənə heyrandı bil,
Nə gizlədim, ta nə danım?
Dinləyəndə gur səsini
Damarımda coşar qanım.
Azərbaycan yurdum mənim,
Xəzər mənim öz ümmanım…
Səhər yol alım Bakıdan,
Gəlim Şabranda dayanım, —
Qonaq olum söz süfrənə,
Evin abadan, ay Aşıq!
31.10.2018

Bİr səmər buldumu sərvət adamı?

Sakit Məmmədova həsr olunur

Eşitdim, bazara düşüb güzərin,
Bir işin vardımı, heyrət adamı?
Bahalaşan nədi, ucuzlaşan nə?
Yenə dişləyirmi qiymət adamı!
Aldığın o ətin çıxmaz kababı…
Barı doldurdumu bir piti qabı?
Kişmiş, xurma, nabat, noğul, innabı,
Torbana doldumu, qismət adamı?
Fırlanır, dayanmır fələyin çarxı,
Qum basır çəməni, lil basır arxı..
Köhnə bazarçı da qaldırıb nırxı,
Bir səmər buldumu sərvət adamı?
Getməyə yox para, kafeyə, bara.
Şor – çörək yeməkdən gəlmisən zara…
Götür, söz boğçanı sürü bazara,
Görsün izzətini ləzzət adamı.
Yoxdu bu bazarda şairi sayan,
Köhnə səbətinə çürük qoz qoyan…
Ay Vahid, vaxt gəlib, qəflətdən oyan,
Vallahi, sıxır bu töhmət adamı.
02.10.2018

Oruc kİşİ

Vahid Çəmənli və Oruc Məmmədov şəhidlərin xatirəsinə ucaldılan bulağın önündə 21.10.2018


Şəhid Şahidin atası Oruc kişiyə həsr olunur

Deyəsən, son vaxtlar kövrək olmusan,
Dolur bulud kimi göz Oruc kişi.
Qocaman tarixi yola salmısan,
Sərtləşib, bozarıb üz Oruc kişi.
Sən şəhid atası, ər oğlu ərsən,
Sinəndə dağ boyda dərd gəzdirirsən.
İçin ağlasa da, üzügülərsən,
Əyilməz bilirəm, diz Oruc kişi.
Gör nələr gətirdi həyat başına?

Конец ознакомительного фрагмента.

Купите полную версию книги и продолжайте чтение
Купить полную книгу