Vahid Məmmədli читать книги

Автор: Vahid Məmmədli

Kitabda Vahid Məmmədlinin müxtəlif illərdə yazdığı hekayələrindən bir qismi toplanmışdır."Allah insanlarla yalnız bir dəfə – dünyanı yaradanda danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hər kəsin anladığı sözlər…"(Adəmin lüğəti)

Автор: Vahid Məmmədli

Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının. “Şəhrizad” romanının “xalqı” da eyni aqibətlə üzləşir; öz varlığını qorumaq üçün bircə yolu var, milli kimliyini ona təklif olunan mədəni kimliyinə qurban vermək. Aqşin YeniseyVahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdirən folklordangəlmə və müəllifin yaradıcı fantaziyasını əks etdirən artefaktlar eklektik vəhdət deyil, milli-mədəni yaddaşın ilkin mənalarını dərk etməyə yönəlmiş polifonik bütövlükdür. Nəticə etibarilə, zahirən repressiyadan bəhs edirmiş kimi görünən “Şəhrizad” romanı milli-mənəvi ideallarla yanaşı, təbiətin qadın başlanğıcı və sənət qarşısında təzim aktına çevrilir. Mətanət Vahid

Автор: Vahid Məmmədli

Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir…

Автор: Vahid Məmmədli

Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir…( Elnarə Akimova)

Автор: Vahid Məmmədli

Uşaqlıqdan Qarabala ləqəbi ilə tanınan Nadirin, babası Nadirdən, atası Zakirdən fərqi ondadır ki,oturub-durduğu yaşca böyük dostları sayəsində böyüdüyü mühitlə yeni dünya düzəninin fərqli olduğunu dərk edir, kababçı Nadirin "köhnə kişilər" dünyasının məhsulu olan Qarabala anlayır ki, dedi qodular, mənən təmiz, mərd insanların şərlənməsi bəzən günahsızların məhvinə, güclülərin yanlış qərar verməsinə gətirib çıxarsa da bir gün qan yaddaşı insanı özü olmasına, əsl sevgisinə qayıtmasına, qələbə qazanmasına məcbur edir…

Müasir Azərbaycan ədəbiyyatının ustadlarından olan Vahid Məmmədlinin "Qarabala" romanı oxucularını həmişəki kimi dərindən düşündürür.//