BU ŞƏKİLLƏRDƏ, DEYƏRDİM, MUĞAMATIN YARANMASI, FORMALAŞMASI VƏ BÜTÜN ŞƏRQDƏ POPULYARLAŞMASI YOLUNDA BÖYÜK ROL OYNAMIŞ ZİQQURAT (CIQQUR AT) MƏBƏDİNİN

ALT HİSSƏSİ REKONSTRUKSİYADAN SONRA GÖSTƏRİLİR.


Aşağıakı şəkildən göründüyü kimi, yazılana görə vaxtilə Sinbel dağının üstündə inşa edilmiş məbədin təqribən 4–5 mərtəbəsini bərpa etmək mümkün olub. Çox qəribədir ki, Sinbel dağının adına – yazısının sirrlərini açdığımız prizmada da rast gəlinir.


Dünya turistlərini dünyanın ən ilkin azman Məbədinə aparan topraq tacyolunun (şose) ağaran qoşa cığırları, qədim Muğam Məbədinə uzanan iki Azərbaycanın qoşa qollarının simvolu deyil, bəs nədir?


Məbədlər qarşısında asılmış dairəvi mis sindanlar, daha doğrusu, məcmeyilər xalqı muğam fonunda keçirilən ibadətə səsləyən carçılar idi.

Şəklin üstündəki “Sumerian Drum with figure of Ea” – “Ea fonunda Şumer nağarası” sözləri dediklərimizi təsdiq edir. Ea guya ikinci Ziqqurat məbədi olub.


Azərbaycanın çox məşhur və az tanınan muğam ustalarının nə dünyasını dəyişmişlərinin, nə də bizi səsləri, həvəsləri, nəfəsləri ilə düşündürənlərin çoxunun bəlkə də bu məbəd barədə məlumatı yoxdur. Onun adını belə eşitməyənləri və hətta eşitmək istəməyənləri də tapılar hələ. Bel (gil yazı sözüdür – bəla, fəlakət) burasındadır ki, çoxu Muğam kimi ilahi bir sənət nümunəsinin də ərəbdən, farsdan, əfqandan gəldiyi qənaətindədir. Bu bizim acizliyimizin, zayilliyimizin, zəlilliyimizin əlamətidir. Çoxu bu sahənin mütəxəssisləri və professorları kimi dərs dedikləri muğam məbədlərində (orta musiqi məktəbləri, kollec və universitetlər) gələcək nəsillərimizin şüurlarına bu yersiz, fərsiz, cılız, infeskiya virusu kimi u an yayılan ideyanı inyeksiya etməklə məşğuldur. Bu kitab da belə qalın, hündür səddləri yıxıb dağıtmaq məqsədilə yazılıb. Əslində altı min il əvvəl inşa edilmiş məbəd öz adını belə muğamdan alıb. Cıqqur At dedikdə, uzaq babalar allaha səs ver, ün at, allaha səslən deyirdilər, bu ilhai səsi muğam notlarında göylərə ünvanlayırdılar.

Yuxarıda dediyimiz kimi, “Yegipet piramidalarının, bütün digər ziqquratların, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş” unutduğumuz məbədimizi özümüzə necə doğmalaşdırmaq olar?” Mixi yazılar kimi, o da indiyə qədər bizə yad olub. Bu səddi aşmaq və xalqı ona öz doğma abidəsi kimi təbliğ etmək üçün onun barəsində belə geniş danışmalı olduq.

“Ciqurr At`dan da qabaq başlayan muğam sənətimizin neçə məlum, məşhur nümayəndəsi olub, görəsən?” sualı da tapılan faktlar fonunda yeni yanğı, yеni qayğı kimi tədqiqatçı fikrini özünə cəlb etməyə bilmir. Bir anlığa xəyal edək ki, bız lap elə Bakı Muğam məbədində sənətçilərimizdən bir neçə dühasına qoyulmuş büstlərlə yanaşı, divarda bütün ifaçılarımızın adlarını əbədiləşdirmək istəyirik. Və əslində bunu etməliyik. Bizdə çoxlarımı hansı sənətkarlarımız var olub nəsnəsini tam nümayiş etdirə bilir? Cavab birmənalıdır, Yox. Hollivudda küçə səkisinə döşənən və dünyaya təbliğ edilən incəsənət ulduzlarının beşgüşəli ulduz içərisində həkk edilmiş adları kimi, biz də Beynəlxalq Muğam məbədində ifaçılarımızın hamısnın adını qızıl su ilə ya divara qazımalıyıq, ya da məbəd ətrafındakı yaşıllıqda – yerdəcə mərmər lövhələrdə həkk etməliyik. Şübhəsiz bizdə eradan əvvəlki adları bərpa etmək mümkün deyil. Lakin heç olmasa onların sayını bilmək olarmı? Əlbəttə, təqribi olacaq sayı hesablamaq çətin deyil. Bizim üçün ucu guya Cabbar Qaryağdıdan başlayan, yəni ilk sədasını Cabbar əminin ifasında eşitdiyimiz bu ulu sənətin dərin kökləri inanılmayacaq qədər dərindir. Onun kökləri qalıqları indi də duran Cıqqur At məbədindən su içir. Təqribi hesablamalar göstərir ki, yalnız son 200 ilin, yəni 10 nəslin yetirmələrinin tam siyahısı 50 azman sənətçidən ibarətdir. Bu sürətlə ərsəyə gəlməni ortaq götürsək, yəni 10 nəsil deyək, 50 məşhur sənətçi yetiribsə, hələ məbəddən qabaq da mövcud olmuş – 7 min illik muğam tarixində, yəni dünyasını dəyişmiş təqribən 350 nəslimizin yetirmiş olduğu ən məşhur ifaçıların sayını tapmaq zor tələb etmir. 10 nəsildə – 50 sənətçidirsə, 350 nəsildə X sənətçi olmalıdır. Adicə tənasib hesablaması göstərir ki, biz təqribən 1750! muğam sənətçisinin adını bərpa etməliyik ki, Bakı Beynəlxalq Muğam Məbədinin iç divarlarını və ya çölünü onların qızıl suya çəkilmiş adları, mümkün olduqda isə şəkilləri ilə bəzəyək.