Внизу – Зулфи Адигезлов, Бюлбюл, Рубаба Мурадова, Рашид Бейбутов, Шовкет Алекперова, Хан Шушински, Габил Алиев и др. В самом низу, на земле, в центре – всемирно известный современный певец-мугаматист Алим Гасымов и внимательно слушающий его, облокотившись на холст в раме, сам художник Эмин (слева).
I. MUĞAM BARƏDƏ İLK İNFORMASİYANI MİXİ YAZILARDAN ALIRIQ
“Muğamın necə, nə zaman yarandığını bu zamana
kimi heç kim deyə bilməyib”…
”Muğam bizə Allahdan gəlmədir”.
Əlibaba Məmmədov, Azərbaycan Xalq artisti
Elm sübut edir ki, kosmik fəza bütün kainat masştabında uclarından daima genişlənir. “Azman partlayış” adlı hadisəni kainatın genişlənməsinin başlanğıc anı sayır elm.
Bəs Azərbaycan muğamı öz başlanğıcını hanki partlayışdan, hanki andan alır? Hanki “Azman kosmik qasırğadan” qopub fəzalarla yol gəlir bu səda? Bəlkə kainat zəncirinin son ucundan genişlənən həlqələrindən biridir o? İlkin bəşəri yazını yaratmış sivil insanın səsini, ününü nükəbbərə[1], yəni göylərə qaldıran məbədin mayasından gəlmirmi bu səs, İlahi?
Mixi yazılı mətnlər üzərində son 22 illik gərgin tədqiqatlar sübut edir ki, onların dili türk dilidir. Mixi sistemli yazını Babildə ilkin icad etmiş ulu əcdadlarımız u yazıların sayəsində indi “Musiqi kainatı”nda bizə məlum olan “Muğam” adlı “12 qalaktika” nın da yaradıcıları kimi üzə çıxırlar. Tədqiqatlar göstərir ki, muğamın ayrı-ayrı növləri, əsasən, təbiət hadisələrinin fövqündə meydana gəliblər.
Muğam Günəş sistemində və xüsusilə, ona daxil olan yaşadığımız Yer səyyarəsində baş verən təbiət və cəmiyyət hadisələrinin musiqi dili ilə ifadəsidir!
Məhz gil yazılarına salınan türk açarı muğamın harada, niyə, necə, nə vaxt yarandığı və başlıcası, kim tərəfindən yaradıldığı fenomenlərinə cavab tapmağa imkan verir.
Muğam adlı möcüzəni dinlədikcə, onun köklərini araşdırdıqca, şüurun dərinliklərindən ilkin qopan – Nədən yaranıb muğam? sualı ilə elə şüurun ənginliklərini də döyəcələyirsən. Və tapdığın cavablar səndə müvəqqəti də olsa, təskinlik yaradır bir növ: “Haradan başlayır torpağın pıçıltısı, ümmanların gurultusu, yarpaqların xışıltısı, göylərin şümşürük (Nüvədi ləhcəsi) şimşək nəriltisi, ulduzların səyrişməsi? Muğamın dərin köklərini qazıyıb üzə çıxarmaq bu suallara cavab tapmaq qədər çətin olub həmişə. Çünki kökümüzü bilməmişik. Amma mixi yazılarını onların öz dilində, yəni öz dilimizdə oxuya bilsəydik, avropalıların bu sahədəki uydurmalarına uymayıb, əcdadlarımızın yazıları vasitəsilə onlarla öz dillərində – bizə miras qoyduqları doğma türk dilimizdə danışıb təmasa girə bilsəydik, bəzi “muğam səyyarələrinin” hansı mənbəələrdən “konstruksiya olunduqları” və əsası, muğamın bütövlükdə nə vaxt və kim tərəfindən yaradılıdğı sualına da çoxdan cavab tapa bilərdik. Bu dünyəvi xəzinənin, təbiət möcüzəsinin, şəmsin bir zərrəciyinin də sirrini aça bilərdik. Günəş qasırğalarında, şimşək çaxmalarında, göy gurultusunda, yerin təkini oynadan zəlzələ çaxnaşmalarında, vulkan püskürmələrində tapa bilərdik onu. Görəcəyiniz kimi, indi o sirrlər daha açılmada…
“Muğam qalaktikaları” arasındakı məsafədə təkcə zəncirin halqaları bir-birinə calanır. Lakin onların şəkli, məzmunu, funksiyası, konstitusiyası çox cüzi dəyişir. Bürclərin forması kimi.
İnanıram ki, indi oxunan simayi şəms 7 min il öncə oxunan simayi şəmsdən bəlkə nə az, nə artıq idi. Muğamın yaxşı mənada konservativliyi də elə bunda özünü nümayiş etdirir. O da, ahəngdar türk dilinin özü kimi yaxşı mənada konservativdir. Üç min, hətta altı min il bundan əvvəlki Babilan, Luristan, Təxti Cəmşid, Muğan, İribunye (İrəvan) və Naxçıvanda aşkar edilmiş türk dilindəki mətnləri anlamaq o qədər də zor tələb etməyən kimi, Günəş qasırğalarını özündə əks etdirən simayi şəmsi də başa düşmək çətin deyil. Heç kimə ona struktur və metrik dəyişikliklər etməyə icazə verilmir. Tizlərdə